Advertisment

“Xüsusi hərbi əməliyyatın veteranları yerli idarəetmə orqanlarına daha fəal cəlb olunmalıdırlar” - Medvedev

Son üç ildə Ukraynadakı hərbi əməliyyatlarda iştirak edən təxminən 1500 nəfər bələdiyyə deputatı olub.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və “Vahid Rusiya” partiyasının lideri Dmitri Medvedev “Kiçik Vətən - Rusiyanın gücü” bələdiyyə forumunda bildirib.

Medvedev veteranları yerli idarəetmədə daha fəal iştirak etməyə çağırıb: “Bələdiyyələr cəbhədən sonra əsgərlərin mülki həyata qaytarılmasında mühüm rol oynamalıdır. Veteranlar yerli idarəetmə orqanları üçün güclü bir resursdur. Onların bir çoxu bələdiyyə səviyyəsində işləməyə hazırdır”.

Təhlükəsizlik Şurasının sədr müavini xatırladıb ki, veteranlar üçün federal və regional proqramlar, eləcə də partiya təhsili layihələri mövcuddur: “Bələdiyyə səviyyəsində iş onlar üçün uzun bir karyeranın başlanğıcı ola bilər”.

Bəxtiyar CƏFƏRLİ