Rusiya ABŞ-İran danışıqlarında iştirak etmir, lakin sülh yolu ilə həllin əldə edilməsinə kömək etməyə hazırdır.
Herbiand.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu bildirib.
"Hazırda Rusiya Federasiyası danışıqlar prosesində vasitəçi deyil. Müxtəlif səviyyələrdə dəfələrlə qeyd etdiyimiz kimi, biz sülh yolu ilə həllin və müvafiq razılaşmanın əldə edilməsi üçün hər cür lazımi yardımı göstərməyə tam hazırıq".