Advertisment

Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib

ABŞ Prezidenti Donald Tramp İrandan həbsdə olan 8 qadının azad olunmasını xahiş edib.

Herbiand.az xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.

“Mənim nümayəndələrimlə tezliklə danışıqlar aparacaq İran liderlərinə xitab edirəm: Bu qadınları azadlığa buraxsanız, mən bunu çox yüksək qiymətləndirərdim. Əminəm ki, onlar sizin bunu etməyinizi çox ehtiramla qarşılayacaq. Xahiş edirəm, onlara ziyan verməyin. Bu danışıqlar üçün çox gözəl başlanğıc olar”, - Tramp qeyd edib.