Advertisment

Parisdəki Rusiya səfirliyinin yanacaq üçün ödəmə kartları bloklanıb

Parisdəki Rusiya səfirliyinin yanacaq üçün ödəmə kartları bloklanıb və bu hal Vyana Konvensiyası üçün presedent yaradıb.

Herbiand.az xəbər verir ki, bunu Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov RİA Novosti-yə bildirib.

"Hesablarla bağlı problemlərə gəldikdə, bu, praktik olaraq daimi bir haldır... Məsələn, indi Fransa deyil Belçika bankının təhriki ilə səfirlikdə yanacaq kartlarımız bloklanıb ki, bu da həm Vyana Konvensiyasını, həm də Avropa İttifaqı tərəfindən qəbul edilmiş sanksiya tədbirlərini pozur", - səfir bildirib.

Meşkov qeyd edib ki, bu, bu gün Avropada yanacaq qiymətlərinin son dərəcə yüksək olması nəzərə alınmaqla ciddi zərbədir. Bundan əlavə, səfir əlavə edib ki, Fransa bankı vasitəsilə ödəniş etməyə çalışarkən səfirlik ödənişində də bloklama ilə qarşılaşıb.

Bəxtiyar CƏFƏRLİ