Advertisment

Fransa “Tomahawk” və “Long Neptun”un analoqlarının istehsalını bərpa edir

Fransa Amerikanın “Tomahawk” və Ukraynanın “Long Neptun” kimi uzun mənzilli sistemlərin yeganə Avropa ekvivalenti olan MdCN dəniz qanadlı raketinin istehsalını bərpa etmək məcburiyyətində qalıb.

Herbiand.az bildirir ki, Fransanın Le Marine nəşrinə görə, bu raketlərin istehsalının ilkin müqavilələr yerinə yetirildikdən sonra faktiki olaraq dayandırıldığı və yeni sifarişlərin olmaması səbəbindən istehsal xətlərinin dondurulduğu ortaya çıxıb.

Müasir münaqişələrin artan intensivliyi fonunda Fransa arsenalını kəskin şəkildə artırmağı planlaşdırır. Yenilənmiş planlara görə, qanadlı raketlərin sayı 2030-cu ilə qədər 85%, 2035-ci ilə qədər isə 170% artmalıdır.

Bəxtiyar CƏFƏRLİ