ABŞ-da atəş açmadan dronların elektronikasını söndürə biləcək yüksək güclü mikrodalğalı enerjidən istifadə edən silahın hazırlanması üzərində işlər aparılır.
Herbiand.az bildirir ki, belə silahın hazırlanması Kaliforniyada yerləşən ThinKom Solutions antenna istehsalçısı tərəfindən həyata keçirilir.
Şirkət öz vəsaitləri ilə Alecto adlı sistem hazırlayır. Yeni sistem artıq piyada tağım döyüş maşınına quraşdırılacaq qədər kompaktdır.
Bəxtiyar CƏFƏRLİ