Fransa ordusu xidmət etmək istəyənlərin hamısını yerləşdirməkdə çətinlik çəkir. 2026-cı ildə başlayan yeni könüllü xidmət proqramı gənclər arasında marağa səbəb olub. Müraciətlərin sayı ilk gündən mövcud yerləri üstələyib.
Herbiand.az bildirir ki, bu barədə "Le Figaro" qəzeti yazıb.
Məlumata görə, təkcə aviasiya sahəsində 600 yerə qarşı 800 namizəd müraciət edib. Proqram bir neçə min könüllü üçün nəzərdə tutulub, lakin indidən məlum olub ki, yerlər uğrunda yüksək rəqabət olacaq. Bununla belə, seçim prosesi sərt olaraq qalır: üstünlük texniki bacarıqlara, xüsusən də İT, dillər və dronlarla işləməyi bacaran namizədlərə verilir.
Müraciət edənlərin təxminən 22%-i qadınlardır. 18-25 yaş arası gənc kişilər iyul ayına qədər müraciət edə bilərdilər və sentyabr-noyabr ayları arasında xidmətə başlamaq niyyətində idilər.
Xidmət 10 ay davam edəcək və həm Fransanın materik hissəsində, həm də xarici ərazilərdə baş tutacaq.
Bəxtiyar CƏFƏRLİ