Advertisment

Dövlət Xidməti: Mina təhlükəsi səbəbilə 130-dan çox abidə yoxlanışdan keçirilməyib

"İşğaldan azad olunmuş ərazilərdə 68 abidə tamamilə yer üzündən silinib, 114 abidə daha ciddi zərər görüb".

Herbiand.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli “İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forum çərçivəsində təşkil edilən panel sessiyada deyib.

O bildirib ki, ümumilikdə tarixi abidələrə dəyən ziyan 700 milyon manatdan artıqdır: “Siyahıda olan 130-dan artıq abidə yoxlanışdan keçə bilməyib. Bunun səbəbi isə mina təhlükəsidir”.

Fariz Hüseynli, həmçinin, qeyd edib ki, son illər 700-dən artıq abidənin pasportlaşması həyata keçirilib: “Ölkə üzrə dövlət qeydiyyatına düşməyən 1400-dən artıq abidənin reyestrə daxil edilməsi üçün Ekspert Şurası yaradılıb. 761 abidə barəsində artıq müvafiq rəylər toplanılıb”.