Advertisment

Rusiyalı deputat: “Müəssisələr Ukrayna ordusunun zərbələrindən özləri qorunmalıdırlar”

Rusiya müəssisələri Müdafiə Nazirliyi ilə birlikdə obyektlərini Ukraynanın pilotsuz təyyarələrinin zərbələrindən qoruyacaq öz silahlı bölmələrini yaratmalıdırlar.

Herbiand.az bildirir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov deyib.

Onun sözlərinə görə, bu, şirkətlər üçün təkcə hüquq deyil, həm də öhdəlik olmalıdır: “Rusiya Prezidenti Vladimir Putin əvvəllər qarşıdan gələn payız seçkilərində iştirakçılar üçün təhlükəsizliyin artırılması barədə əmr vermişdi. Buna görə də bu vəzifə Rusiya hərbi departamenti üçün prioritet olacaq”.

Deputat qeyd edib ki, bu baxımdan, yanacaq-enerji şirkətlərinin və digər sistem əhəmiyyətli müəssisələrin rəhbərliyi obyektlərinin etibarlı qorunmasını təmin etməlidirlər: “Hökuməti onlara birbaşa göstərişlər verməyə və lazımi qanunvericilik aktlarını dərhal qəbul etməyə çağırıram”.

Xatırladaq ki, 2026-cı ilin mart ayının sonlarında Rusiya prezidenti Vladimir Putin özəl təhlükəsizlik şirkətlərinə obyektləri düşmən pilotsuz təyyarələrindən qorumaq üçün döyüş silahları əldə etməyə icazə verən qanun imzalayıb.

Bəxtiyar CƏFƏRLİ