İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aprel ayı üzrə məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Herbiand.az -a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən ay 344 piyada əleyhinə mina, 116 tank əleyhinə mina, 3410 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 7788,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.