Advertisment

Dövlət Xidməti həqiqi hərbi xidmətə və mülki işə qəbulla bağlı test imtahanı təşkil edib

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 1-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki işə qəbulla bağlı test imtahanı keçirib.

DİM-dən Herbiand.az-a bildirilib ki, imtahan elektron qaydada 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biliblər. Nəticələr, həmçinin DİM-in saytında yerləşdiriləcək.

İmtahanda 173 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən, 15 nəfər (hərbi xidmətə 6 nəfər, mülki işə 9 nəfər) tələb olunan şərtləri ödəyərək uğur qazanıb. İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası mayın 4, 5 və 6-da saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299