Advertisment

Ukrayna ordusunun polkovniki HHM sistemini sərt tənqid edib

Ukrayna Silahlı Qüvvələrinin kiçik hava hücumundan müdafiə inkişafı üzrə komandir müavini, polkovnik Pavel Yelizarov hava hücumundan müdafiə sistemini sərt tənqid edib.

Herbiand.az-ın məlumatına görə, polkovnik Ukrayna mediasına verdiyi müsahibədə bildirib ki, hava hücumundan müdafiə heyətinin əhəmiyyətli hissəsi son bir ildə Rusiya ordusu tərəfindən buraxılan “Geran” hücum pilotsuz təyyarəsinin heç birini vura bilməyib.

Onun verdiyi məlumata görə, 300-dən çox heyətdən yalnız 66-sı 10-dan çox pilotsuz təyyarəni məhv edib. Eyni zamanda, təxminən 170-i bir dənə də olsun hədəfi vura bilməyib.

Bölgələrdən birində vəziyyət xüsusilə acınacaqlı olub. Orada 28 heyətdən 24-ü bir dənə də olsun “Geran” PUA-nı ələ keçirə bilməyib. Bu məlumat il ərzinə aiddir.

Polkovnik qeyd edib ki, problem kadr çatışmazlığında deyil, mütəxəssislərin hazırlıq səviyyəsindədir: “Artıq səfərbər edilmiş resurslar bizim üçün kifayətdir. Sadəcə, onlardan səmərəli istifadə etmək, strukturlaşdırmaq və təhlil etmək lazımdır”.

O, həmçinin etiraf edib ki, Ukrayna Silahlı Qüvvələri 2022 və 2023-cü illərdə dronlar üzrə olan üstünlüklərini itiriblər.

Bəxtiyar CƏFƏRLİ