Advertisment

Tramp ABŞ qoşunlarının İtaliya və İspaniyadan çıxarılmasını istisna etmir

ABŞ administrasiyası ABŞ qoşunlarının İtaliya və İspaniyadan çıxarılma ehtimalını istisna etmir.

Herbiand.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu cümə axşamı, 30 apreldə Ağ Evdə jurnalistlərin sualını cavablandırarkən bildirib.

O, bunu birbaşa hər iki ölkənin hökumətlərinin ABŞ-ın İrandakı hərəkətlərini tənqid etməsi ilə əlaqələndirib. "İtaliya bizə heç bir kömək etməyib və İspaniya dəhşətli, tamamilə dəhşətli olub."

Bir gün əvvəl o, Almaniyadakı ABŞ qoşunlarının sayının azaldılmasını da təklif etmiş və bu məsələ ilə bağlı "tezliklə" qərar verəcəyinə söz vermişdi.