Wingstop və Domino's Pizza da daxil olmaqla bir neçə Amerika restoranlar şəbəkəsi son rübdə satışların azaldığını bildiriblər. Buna səbəb ABŞ və İsrailin İrana qarşı apardıqları müharibəyə görə benzin qiymətlərinin kəskin artmasıdır.
Herbiand.az bu barədə Reuters-ə istinadən bildirir.
Məlumata görə, Shake Shack və Jack in the Box şəbəkələri də oxşar şikayətlər ediblər.
Nəşr qeyd edib ki, ABŞ-da benzinin orta qiyməti ötən illə müqayisədə təxminən 40 faiz artaraq 4,43 dollara yüksəlib. Kaliforniyada benzinin qiyməti artıq 6 dollardan yuxarıdır.
Bəxtiyar CƏFƏRLİ