Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak ölkənin təhlükəsizlik xidmətinə rəsmi sorğu göndərərək Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermakın şəxsi falçısı Veronika "Fenşuy" Anikiyeviçin fəaliyyətinin araşdırılmasını tələb edib.
Herbiand.az bildirir ki, bu barədə TASS agentliyi məlumat verib.
Jeleznyak Telegram kanalında aydınlaşdırıb ki, təhlükəsizlik xidmətləri Anikiyeviçin Ukraynada hakimiyyətin ən yüksək eşelonlarında kadr qərarlarına mümkün təsirini araşdırmalıdır.
Falçının Ukrayna siyasətindəki rolu ilə bağlı təfərrüatlar Andrey Yermakın özünə qarşı açılmış cinayət işindən materialların açıqlanması zamanı aşkar edilib. İstintaq müəyyən edib ki, keçmiş məmur hökumət təyinatları ilə bağlı falçı ilə müntəzəm olaraq məsləhətləşib və siyasi rəqiblərinin adlarını da ötürüb.
Bəxtiyar CƏFƏRLİ