Pilotsuz uçuş aparatlar istehsal edən Ukraynanın Skyeton şirkətinin Kiyev ofisi Rusiya Silahlı Qüvvələrinin həyata keçirdiyi hava hücumları nəticəsində tamamilə məhv edilib.
Herbiand.az bildirir ki, bu barədə şirkət nümayəndələri sosial mediada məlumat veriblər.
Skyeton mümkün hücumlara hazırlaşdığını və istehsal müəssisələrini köçürdüklərini bildiriblər, xüsusən xaricə.
Qeyd etmək lazımdır ki, Skyeton şirkəti 2006-cı ildən fəaliyyət göstərir və pilotsuz uçuş aparatların hazırlanmasında ixtisaslaşıb. Onun əsas ixtisas sahələrinə kəşfiyyat PUA-ları və yüngül təyyarələr daxildir.
Bəxtiyar CƏFƏRLİ