Advertisment

Ukrayna cəbhə xəttində yerüstü dronlardan istifadəni ikiqat artırıb

İyun ayında Ukrayna Müdafiə Qüvvələri yerüstü dronlardan istifadə edərək 16.000-dən çox əməliyyat həyata keçirib ki, bu da yanvar ayındakı rəqəmdən ikiqat çoxdur.

Herbiand.az bildirir ki, bu barədə Business Insider nəşri yazıb.

"Maddi-texniki təminatdan tibbi təxliyəyə qədər yerüstü dron bölmələri ən təhlükəli missiyaları yerinə yetirir", - Ukrayna Müdafiə naziri Mixail Fedorov X platformasında yazıb.

Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub ki, 2026-cı ilin yanvar ayında Ukrayna qoşunları yerüstü dronlardan istifadə edərək 7511 əməliyyat həyata keçirib: “Mart ayında bu rəqəm 9072 missiyaya, aprel ayına qədər isə onların sayı 11028-ə çatıb. Beləliklə, yayın ilk ayında yerüstü robotlardan istifadə may ayı ilə müqayisədə 18,6%, yanvar ayı ilə müqayisədə isə 122% artıb".

Bəxtiyar CƏFƏRLİ