Advertisment

Laçının Bəylik kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib-FOTOLAR, VİDEO

Laçın rayonunun Bəylik kəndində 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə ağacəkmə aksiyası təşkil olunub. Herbiand.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ Dirçəliş Fondunun və “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndələri iştirak ediblər.

Tədbirə, həmçinin digər dövlət qurumlarının təmsilçiləri və Laçın sakinləri qatılıblar. Aksiya çərçivəsində ərazidə müxtəlif növ ağac tingləri əkilib.

Təşəbbüsün əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunmasına töhfə verməkdir. Ağacəkmə aksiyası doğma torpaqlara qayıdışın, quruculuğun və yenidən dirçəlişin rəmzi kimi də xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, Zəfər Günü münasibətilə işğaldan azad edilmiş ərazilərdə müxtəlif sosial və ekoloji tədbirlərin keçirilməsi davam etdirilir.

Murad

Herbiand.az