Sankt-Peterburqdakı uşaq meydançasındakı Britaniya telefon köşkü hərbi təyyarə ilə əvəz olunacaq.
Herbiand.az bildirir ki, bu barədə "Podyom" nəşri yazıb.
Məlumata görə, həmin yerdə qırmızı köşk, ingilis bəyləri və buldoqun təsvir olunduğu tikili sökülüb. Hakimiyyət orqanları onun yerinə təyyarə formasında oyun konstruksiyası quraşdırmağı planlaşdırır.
Rəsmilər bildiriblər ki, bu, heç bir şəkildə siyasi motivlə əlaqəli deyil.
Bəxtiyar CƏFƏRLİ