“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin yaranmasının 35-ci ildönümü tamam olur. Bu barədə məlumata Herbiand.az-a açıqlamasında ictimai birliyin sədri Nərminə Qəribova verib.

O, təşkilatın ötən illər ərzində keçdiyi inkişaf yolundan, həyata keçirdiyi fəaliyyətlərdən və əldə etdiyi nəticələrdən danışıb.
Bildirib ki, 35 illik fəaliyyət dövrü ərzində birlik turizmin inkişafı, ekoloji maarifləndirmə və davamlı turizm prinsiplərinin təşviqi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edib. “Təşkilatın əsas məqsədlərindən biri turizm potensialının səmərəli istifadəsinə, ölkənin zəngin təbii və mədəni irsinin qorunmasına dəstək vermək olub.
Ötən illər ərzində həyata keçirilən layihələr və maarifləndirici tədbirlər cəmiyyətdə turizm mədəniyyətinin formalaşmasına töhfə verməyə yönəlib. Bu fəaliyyətlərin arxasında uzunmüddətli zəhmət, peşəkar əməkdaşlıq və ictimai məsuliyyət dayanır.
Əldə olunan təcrübə təşkilatın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır”-deyə, Nərminə Qəribova əlavə edib.
QHT sədri bildirib ki, qarşıdakı dövrdə də davamlı turizmin təşviqi, gənclərin bu sahəyə marağının artırılması və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fəaliyyət davam etdiriləcək.
O, 35 illik yubileyi təşkilatın keçdiyi yolun dəyərləndirilməsi, görülən işlərin təhlili və yeni hədəflərin müəyyənləşdirilməsi üçün əlamətdar mərhələ kimi xarakterizə edib.
Aydın