Advertisment

Ermənistan parlamentindəki davaya görə cinayət işi açılıb

Oktyabrın 29-da Ermənistan Milli Assambleyasının binasında baş verən insidentlə bağlı cinayət işi başlanıb.

Herbiand.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndi (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 452-ci maddəsinin 3-cü hissəsi (vəzifəli şəxsin qanuni xidməti və ya siyasi fəaliyyətinə müdaxilə məqsədilə ona və ya yaxınlarına qarşı zorakılıq tətbiq edilməsi) ilə başlanıb.