Advertisment

Rusiya üzərində kütləvi PUA hücumu: 148 aparat vurulub

Bir gün ərzində Rusiyanın müxtəlif regionları üzərində Ukraynaya məxsus 148 pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanaraq zərərsizləşdirilib. 

Herbiand.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, noyabrın 16-da saat 08:00-dan 20:00-dək Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Oryol vilayətləri və Moskva üzərində PUA-lar zərərsizləşdirilib.

Bundan əvvəl Ukraynanın Zaporojye vilayətində PUA-nın sərnişin avtobusuna hücumu nəticəsində üç nəfər yaralanıb.

Vilayətin qubernatoru Yevgeni Balitskinin bildirdiyinə görə, avtobus Çerniqovka–Berdyansk marşrutu üzrə hərəkət edirmiş.

Hadisə Boqdanovka kəndi yaxınlığında baş verib. PUA-nın zərbəsindən sonra avtobusda yanğın başlayıb və nəqliyyat vasitəsi, demək olar ki, tamamilə yanaraq yararsız hala düşüb.

Hücum zamanı avtobusda sürücü və iki sərnişin olub.

Aydın

Herbiand.az