Advertisment

“O, ömrünü dövlətçiliyə və həmrəyliyə həsr etdi”-Füzuli Rzaquliyevin yas mərasimi keçirilib-FOTO, VİDEO

Bu gün paytaxtın Bakıxanov qəsəbəsində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri, Qarabağ müharibəsi veteranı Füzuli Rzaquliyevin yas mərasimi keçirilib.

Herbiand.az xəbər verir ki, mərasimdə Qarabağ qazisinin döyüş yoldaşları, vətəndaş cəmiyyətindəki həmkarları, müharibə veteranları, ictimai-siyasi fəallar və mətbuat nümayəndələri iştirak ediblər. Onlar Füzuli Rzaquliyev haqqında xatirələrini bölüşüblər.

Hərbi Yönümlü Təşkilatlar İttifaqı və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Füzuli Rzaquliyev dövlətçiliyə sadiq vətənpərvər, vicdanlı vətəndaş kimi səciyyələndirib.

Emin Həsənli deyib ki, o, Qarabağ qazilərinə hər zaman diqqətlə və qayğı ilə yanaşırdı: “Füzuli Rzaquliyev bir gün Qusarda, bir gün Lənkəranda, bir gün Qazaxda olurdu.

Respublikanın bütün rayonlarında xeyir-şər məclislərinə gedirdi. Hərbi hissələrdə, məktəblərdə olurdu. Kiminsə problemi varsa, onun yanında olurdu. İnsanları dövlətçilik ətrafında birləşməyə, ölkə rəhbərinin apardığı siyasəti dsətəkləməyə səsləyirdi.

Və ən ağır dövrlərdə, atəşkəs dövründə ölkəmizin iqtisadi-siyasi gərgin olduğu dövrlərdə veteranların, müharibə iştirakçılarının həmrəyliyə dəvət edirdi. və bu istiqamətdə sistemli ardıcıl işlər aparırdı”.
“Fzuli Rzaquliyev döyüşə 3 övladını qoyub döyüşə yollanmışdı” deyən E.Həsənli Qarabağ qazisinin Azərbaycan ordusunun formalaşmasındakı rolundan danışıb.

Emin Həsənli çıxışında bildirib ki, Füzuli Rzaquliyev Aprel döyüşlərində və Vətən müharibəsində daim ön xətdə olub, xalqı və döyüş yoldaşları ilə çiyin-çiyinə mübarizə aparıb: “O, müharibədən sonra da qazilərin yanında olub, onların mənəvi-psixoloji problemlərinin həlli, sosial müdafiəsi və həyata adaptasiyası istiqamətində mühüm işlər görüb.

Füzuli Rzaquliyev azad edilmiş ərazilərə mütəmadi səfərlər edir, silahdaşları ilə daim əlaqə saxlayır və heç vaxt ümidsizliyə qapılmırdı. O, son hadisələrdə də şəxsi mənafeyindən daha çox dövlətin, dövlətçiliyin və Azərbaycanın imicinin qorunmasını düşünən vətənpərvər insan kimi davrandı”.

Çıxış edənlər Füzuli Rzaquliyevin həyata keçirdiyi xeyirxah və vətənpərvər fəaliyyətin bundan sonra da davam etdiriləcəyini vurğulayıblar. Qeyd olunub ki, onun qazilərə, şəhid ailələrinə və döyüş yoldaşlarına göstərdiyi diqqət və qayğı hər kəs üçün örnəkdir. Bildirilib ki, Füzuli Rzaquliyev ömrünü Vətənə xidmətə həsr etmiş, çətin anlarda belə mübarizə əzmini itirməmiş insanlardan olub.

Həmkarları onun əziz xatirəsinin daim yaşadılmasının və başladığı işlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıblar. Qeyd olunub ki,  Vətən uğrunda canından keçən insanların fədakarlığı heç vaxt unudulmayacaq və onların xatirəsi hər zaman ehtiramla yad ediləcək.

Aydın

Herbiand.az