Liviya Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Benqazi limanına hücumları ilə bağlı Kiyevdən rəsmi izahat tələb edib.
Herbiand.az xəbər verir ki, bu barədə Liviya XİN-in bəyanatında bildirilib.
Nazirlik Ukrayna hakimiyyətindən həyata keçirilən əməliyyatların xarakteri və miqyası barədə rəsmi məlumat verməsini istəyib. Bəyanatda hadisənin bütün təfərrüatlarının araşdırılmasının vacibliyi vurğulanıb.
Liviya tərəfi ölkə hakimiyyətinin razılığı olmadan xarici hərbçilərin ölkə ərazisində iştirakının beynəlxalq hüquq normalarına və dövlət suverenliyinə zidd olduğunu bildirib.
Aydın