Bir sıra kürd dəstələri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və İsrailin milli kəşfiyyat xidməti Mossadın dəstəyi ilə İran rejiminə qarşı mümkün hücuma hazırlaşır.
Herbiand.az xəbər verir ki, bu barədə “Axios” nəşri üç mənbəyə istinadən məlumat verib.
Mənbələr iddia edirlər ki, müharibə başlamazdan altı gün əvvəl İraqda yerləşən İrandan olan beş kürd qrupu Tehrana qarşı mübarizə aparmaq üçün İran Kürdüstanı Siyasi Qüvvələr Koalisiyasının yaradıldığını elan edib.
Axios-un məlumatına görə, koalisiyanın İran-İraq sərhədi yaxınlığında minlərlə döyüşçüsü var.
Bir mənbə aydınlaşdırıb ki, son həftələrdə bu qruplar İraqdakı düşərgədən yüzlərlə döyüşçünü İrana köçürüblər.