Advertisment

Moskva vilayətinin sakini lotereyada 7 milyon dollar udub

Moskva vilayətinin sakini lotereyada 576 milyon rubl (təxminən 7 milyon ABŞ dolları) udub.

Herbiand.az -ın məlumatına görə, sakin “Sportloto”nun “20-dən 4” lotereyasında böyük məbləğdə pul mükafatı qazanıb.

Bildirilib ki, qalib lotereya biletini cəmi 400 rubla alıb.

Bu uduşun Rusiyada cari ilin ən böyük lotereya mükafatı olduğu qeyd edilir.