ABŞ-da kibercinayətlərlə bağlı daxil olan illik şikayətlərin sayı bir milyonu ötüb.
Herbiand.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Cey Kleyton CNN telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə Federal Təhqiqatlar Bürosuna (FTB) 800 minə yaxın kiberinsident barədə məlumat daxil olub. Son göstəricilərə əsasən, bu rəqəm bir milyona çatıb.
C.Kleyton kibertəhdidlərin real təhlükə olduğunu vurğulayıb. O, eyni zamanda ABŞ-ın kibertəhlükəsizlik sahəsində lider mövqeyini qoruyub saxlaya bildiyini bildirib.