Advertisment

Kiyev vilayətində bina dronla vurulub

Noyabrın 22-si səhər saatlarında Rusiya ordusu Kiyev vilayətinin Vışqorod rayonunda yerləşən beşmərtəbəli binanı dronla vurub.

Herbiand.az xəbər verir ki, zərbə nəticəsində binanın bir hissəsi çöküb. Ukrayna Prezidenti Volodimir Zelenski “Teleqram” sosial səhifəsində bildirib ki, xilasedicilər 9 nəfəri təxliyə edib və yanğın söndürülüb.

“Təəssüf ki, dağıntılar altında çox adam ola bilər, 14 nəfərlə hələ ki, əlaqə yaradılmayıb. Bütün zəruri xidmətlər hadisə yerindədir”, - Zelenski əlavə edib.