Rusiya Ukraynanın cənub-şərqində yeni quru hücumuna hazırlaşır. Bunun üçün strateji ehtiyatlar, təxminən 20.000 qüvvə cəlb edir.
Herbiand.az bildirir ki, bu barədə Financial Times (FT) nəşri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitskinin açıqlamasına istinadən məlumat yayıb.
Qeyd olunur ki, hazırda cəbhə xəttində təxminən 680.000 rus əsgəri var. Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiya sentyabr ayına qədər bütün Donbası ələ keçirməyi hədəfləyir.
Skibitski həmçinin qeyd edib ki, Moskva hazırda ayda təxminən 60 “İskəndər” raketi istehsal edir: “Təcavüzkar ölkə raket istehsal gücünü genişləndirib, Ukrayna isə bütün ərazisini müdafiə etmək üçün kifayət qədər resursa malik deyil”.
Bəxtiyar CƏFƏRLİ