Advertisment

ABŞ İran səbəbindən Avropaya silah tədarükünü təxirə salır

ABŞ rəsmiləri bəzi avropalı həmkarlarını İranla müharibə fonunda Amerika ehtiyatlarının tükənməsi səbəbindən əvvəllər imzalanmış müqavilələr çərçivəsində silah tədarükündə mümkün gecikmələr barədə məlumatlandırıblar.

Herbiand.az xəbər verir ki, bu barədə Reuters vəziyyətlə tanış olan beş mənbəyə istinadən məlumat verib.

Agentliyin mənbələrinə görə, gecikmələr Baltikyanı bölgə və Skandinaviya da daxil olmaqla bir neçə Avropa ölkəsinə təsir edəcək. Buraya Xarici Hərbi Satışlar (FMS) proqramı vasitəsilə əldə edilən silahlar da daxildir. Mənbələr bildirib ki, ABŞ rəsmiləri Avropa rəsmiləri ilə yazışmalarda bu tədarüklərin təxirə salınacağı barədə xəbərdarlıq ediblər.

Ağ Ev və Dövlət Departamenti jurnalistlərin sorğularını Pentaqona yönləndirib, lakin Pentaqon şərh tələblərinə cavab verməyib.