Leninqrad vilayətində əlavə mobil atıcı qruplar yaradılacaq. Onlar vacib infrastruktur obyektlərinin və müəssisələrin ərazisində yerləşdiriləcəklər. Ekipajların formalaşdırılmasına ehtiyatda olanlar cəlb olunacaq.
Herbiand.az bildirir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko Telegram kanalında xəbər verib.
Qubernator qeyd edib ki, hakimiyyət orqanları atıcı qrupların formalaşdırılmasında iştirak etmək üçün 3 illik müqavilələr təklif edəcəklər: “Eyni zamanda, bütün ehtiyatda olanlar həmin yerləri qorumaq üçün vacib infrastruktur obyektlərində və təşkilatlarında işə götürüləcəklər”.
Bəxtiyar CƏFƏRLİ