Advertisment

Ukraynanın müharibə üçün ilin sonuna qədər kifayət qədər resursları var

Ukraynanın ən azı bu ilin sonuna qədər hərbi əməliyyatları davam etdirmək üçün kifayət qədər resursları var. Lakin bildirilir ki, sülh müqaviləsi Vladimir Zelenskinin planlarına daxil deyil.

Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb.

Qalan ehtiyatlarına baxmayaraq, Ukrayna Silahlı Qüvvələri artıq bir sıra problemlərlə üzləşir. Bunlara şəxsi heyət çatışmazlığı və hava hücumundan müdafiə sistemi ilə bağlı çətinliklər daxildir. Məlumata görə, şəxsi heyət çatışmazlığı dronların aktiv istifadəsi ilə qismən kompensasiya olunur. Hava hücumundan müdafiə ilə bağlı vəziyyət isə ictimaiyyət qarşısında müzakirə olunmur, zərbələrin real nəticələri barədə mümkün qədər açıqlama verilmir. Maliyyə təzyiqi də əlavə  çətinliklər yaradır, lakin Avropanın dəstəyi ilə Kiyevin münaqişəni davam etdirmək üçün kifayət qədər vəsaiti olacaq.

Bəxtiyar CƏFƏRLİ