Advertisment

Hakan Fidan: Bölgəmiz tarixinin ən böyük sınaqlarından biri ilə qarşılaşıb

Bölgəmiz tarixinin ən böyük sınaqlarından biri ilə qarşılaşıb.

 

Herbiand.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan V Antalya Diplomatiya Forumunun açılışında bildirib.

 

“Dünya eyni zamanda bir çox risklərlə qarşı-qarşıyadır. Prezident Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi ən böyük problem qaydasızlıqdır və diplomatiyaya daha çox ehtiyac var. Beynəlxalq sistemdəki böhran bölgəmizi tarixinin ən böyük sınaqlarından biri ilə qarşılaşdırıb”, – Hakan Fidan qeyd edib.