Advertisment

ABŞ Yaxın Şərqdən kənarda İrana qarşı dəniz əməliyyatlarını genişləndirir

ABŞ qüvvələrinin Hind okeanında neft qaçaqmalçılığında şübhəli bilinən bir tankeri ələ keçirməsi və Hindistanın qərb sahillərində ən azı bir gəmini müşayiət etdiyi bildirilir.

Herbiand.az xəbər verir ki, bu barədə “The Washington Post”un məlumatında deyilir ki, gəminin ələ keçirilməsi Tramp administrasiyasının "İran neftinin qaçaqmalçılığında iştirak etməkdə" şübhəli bilinən sanksiyalı gəmiləri ələ keçirmək əmrindən sonra baş verib.

CNN-in verdiyi məlumata görə, tankerlərdən biri olan 2 milyon barel xam neft daşıya bilən M/T Tifani, Fars körfəzindən 2000 mildən çox məsafədə, Şri-Lanka ilə İndoneziya arasında saxlanılıb.

Peyk görüntülərinə görə, gəmi 6 apreldə Xarq adasındakı İran neft terminalına çatdıqdan sonra Malakka boğazına doğru gedirdi.

ABŞ Birgə Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ötən həftə İranla əlaqəli gəmilərin ABŞ Hərbi Dəniz Qüvvələrinin qlobal təsirindən qaçmasının çətin olacağını vurğulayıb.