Advertisment

Kənd sakini Paşinyana: “Xoruz toyuğun dalınca düşərkən nə düşünür?”

Xoruz toyuğun dalınca düşərkən nə düşünür?

Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, bu sualı kənd sakini Ermənistanın baş naziri Nikol Paşinyana verib.

Baş nazir 22 apreldə Araqaçotnski bölgəsindəki kəndlərin birinə səfər edib. Kənd sakininin bu sualına Paşinyan gülümsəyərək belə cavab verib: “Bilmirəm, amma ədəbsiz bir şey demə”.

Paşinyan müşayiət edənlər kənd sakinini susdurmağa çalışıblar və ondan məsələyə “çox dərinə getməməsini” xahiş ediblər. Lakin o sözünə davam edib: “Bir dəqiqə gözləyin, xoruz dedi: “Tutdum, tutdum, heç olmasa isti olacaq”. Bizim vəziyyətimizdə də Avropa standartlarına çatmışıq - çatmışıq, çatmamışıq, amma...”.

Kənd sakininə cümləsini bitirməyə icazə verilməyib, Paşinyan isə gülməyə davam edib.

Bəxtiyar CƏFƏRLİ