Advertisment

Cənubi Koreyalı pilotlar çəkiliş apararkən toqquşublar

Cənubi Koreya hakimiyyəti 2021-ci ildə təlim uçuşu zamanı baş verən iki F-15K qırıcı təyyarəsi arasında toqquşmanın səbəbini açıqlayıb.

Herbiand.az bildirir ki, pilotların foto və videoçəkilişlərə görə diqqətləri yayınıb və bu da təyyarələrin toqquşmasına səbəb olub.

“Hadisə ona görə baş verib ki, pilot öz hərbi hissəsi ilə son uçuşunu yaddaşda saxlamaq üçün şəkil çəkmək istəyib. Hadisə nəticəsində pilotlar xəsarət almayıblar”, - məlumatda deyilir.

Qeyd olunur ki, pilotlardan biri xidmətdən kənarlaşdırılıb. Bundan sonra həmin pilot Hərbi Hava Qüvvələrindən ayrılıb və mülki aviasiyaya keçib.

Bəxtiyar CƏFƏRLİ