Advertisment

İranda "Mossad"la əlaqədə ittiham olunan daha bir nəfər edam edilib

İranda İsrailin xarici kəşfiyyat xidməti “Mossad”la əlaqədə təqsirli bilinən Sultan Əli Şirzadi Fəxr edam olunub.

“Mizan” agentliyinin məlumatına görə, o, uzun illər müxalif “Mucahidin-e-Xəlq” təşkilatının üzvü olub və müxtəlif sahələrdə bu qrupla geniş əməkdaşlıq edib.

Bildirilib ki, Sultan Əli Şirzadi Fəxr İrana qarşı terror əməliyyatlarında iştirak etdiyini etiraf edib.