Advertisment

İran Hörmüz boğazından ilk rüsumlarını aldı

İran hakimiyyəti ilk dəfə Hörmüz boğazından keçən gəmilərdən toplanan rüsumlardan gəlir əldə edib.

Herbiand.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İran Parlamentinin sədr müavini Hacı Babai bildirib.

"Hörmüz boğazından rüsumlardan əldə edilən ilk gəlir mərkəzi bank hesabına köçürülüb".

Bir müddət əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının kommersiya gəmiləri üçün açıldığını elan etmişdi. Vaşinqton son razılaşma əldə olunana qədər İslam Respublikasına qarşı dəniz blokadasını davam etdirəcəyi barədə xəbərdarlıq etmişdi. Bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın ABŞ-ın dəniz blokadası tamamilə aradan qaldırılana qədər boğazı bağladığını elan etdi. SEPAH gəmi sahiblərini İranın tövsiyələrinə ciddi şəkildə riayət etməyə çağırdı və ABŞ prezidenti Donald Trampın Hörmüz boğazındakı vəziyyətlə bağlı açıqlamalarını "etibarsız" adlandırdı.