Amerika ordusu İranın “Touska” ticarət gəmisinə atəş açmaq və ələ keçirmək üçün göyərtə topundan istifadə edib. Bu, ABŞ-ın son 38 il ərzində əsas gəmi artilleriya silahlarını dəniz hədəfinə qarşı istifadə etdiyi ilk haldır.
Herbiand.az bildirir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmisi xəbər verib.
19 apreldə “Arleigh Burke” sinifli “Spruance” esminesi “Touska” gəmisinə qarşı 127 mm-lik Mk45 topundan atəş açıb.
“Bizdə olan məlumatlara görə, göyərtə topunun hərbi-dəniz gəmisi tərəfindən istifadəsinin sonuncu hadisəsi 18 aprel 1988-ci ildə “Boqomol” əməliyyatı zamanı baş verib”, - HDQ-nin rəsmisi bildirib.
Qeyd edək ki, İran-İraq müharibəsində (1980-1988, Birinci Körfəz müharibəsi kimi də tanınır) “Boqomol” əməliyyatı zamanı, İranın minası tərəfindən “Samuel B. Roberts” esminesinin məhv edilməsinə cavab olaraq (böyük dəliyə baxmayaraq, gəmi batmayıb) Amerika xüsusi təyinatlı qrupu İranın “Joshan” freqatı ilə birbaşa döyüşüb. Raketlərdən istifadə edildikdən sonra İran gəmisi artilleriya atəşi ilə məhv edilib.
Bəxtiyar CƏFƏRLİ