Ermənistan hakimiyyəti seçkiqabağı dövrdə çoxsaylı suallar doğuracağından qorxaraq parlament komissiyasının 44 günlük müharibə ilə bağlı hesabatını dərc etmir.
Herbiand.az xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasından olan deputat və keçmiş müdafiə naziri Seyran Ohanyan Baqramyan prospektində, parlament binasının qarşısında hesabatın dərc olunmasını tələb edən etirazçıların aksiyası zamanı bildirib.
Keçmiş müdafiə naziri vurğulayıb ki, hakimiyyət orqanları 44 günlük müharibənin şərtlərini öyrənməli və nəticələr çıxarmalı, bundan sonra bəzi materialların məxfi xarakterini nəzərə alaraq ictimaiyyətə təqdim edə biləcəklərini müəyyən etməlidirlər.
O, xatırladıb ki, hesabat son tarixlərin qaçırıldığı səbəbindən dərc edilməyib və bir neçə dəfə parlament tərəfindən uzadılıb: “Milli Məclis rəhbərliyinin bizə, sizə - itkin düşmüş və həlak olanların ailələrinə verdiyi cavab onların münasibətindən çox şey xəbər verir”.
Bəxtiyar CƏFƏRLİ