Advertisment

Ukrayna Müdafiə Nazirliyi aclıq çəkən əsgərlərlə bağlı vəziyyəti nəzarətə götürüb

Ukrayna Müdafiə Nazirliyi bu yaxınlarda internetdə fotoşəkilləri yayılan Silahlı Qüvvələrin 2-ci batalyonunun 14-cü briqadasının aclıq çəkən əsgərləri ilə bağlı vəziyyəti nəzarətə götürdüyünü açıqlayıb.

Herbiand.az bildirir ki, bu barədə “Strana.ua” nəşrinin Telegram kanalı məlumat verib.

“Uşaqlar yemək və su olmadan mövqelərindədirlər! Komandanlıq cavab vermir. Əsgərlər aclıqdan huşunu itirir, yağış suyu içirlər. Rabitə də problemlidir”, - arıqlamış Ukrayna əsgərlərinin şəkillərini internetdə yerləşdirən müəllif bildirib.

Ukrayna Müdafiə Nazirliyindən bildirilib ki, bu əsgərlərin mövqelərinə logistika pozulub, lakin əmin ediblər ki, briqada komandiri vəziyyəti nəzarətə götürüb və əsgərlərin təchizatı, dəyişdirilməsi ilə bağlı problemləri həll etməyə çalışır.

Müdafiə Nazirliyi etiraf edib ki, vəziyyət bu cür hala gəlib çıxmamalıdır, lakin cəbhənin müxtəlif istiqamətlərində vəziyyət olduqca kritik olur.

Bəxtiyar CƏFƏRLİ