Advertisment

Son 5 ildə 100-ə yaxın şəxs Gürcüstan vətəndaşlığını dəyişərək Azərbaycan vətəndaşı olub

2020-2025-ci illərdə 91 nəfər Gürcüstan vətəndaşlığını itirərək Azərbaycan vətəndaşlığını qəbul edib.

Herbiand.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Təkcə 2025-ci ildə 10 nəfər Gürcüstan vətəndaşlığından imtina edərək Azərbaycan vətəndaşlığını əldə edib.

Ötən il Gürcüstan vətəndaşlığından çıxanların ümumi sayı 1 426 nəfərə bərabər olub. Onların arasında Rusiya vətəndaşlığını alanlar (639 nəfər) üstünlük təşkil edib. Gürcüstan vətəndaşlığını əldə edənlərin ümumi sayı isə 2 333 nəfər olub ki, onların böyük əksəriyyəti (1 393 nəfər) Rusiya vətəndaşlarıdır.