Advertisment

Ukrayna dronlarının hücumundan sonra başlayan yanğını 4 gündən sonra söndürüldü

Krasnodar diyarı xüsusi təyinatlı qrupu Tuapse dəniz terminalında Ukrayna dronlarının hücumundan sonra başlayan yanğını 4 gündən sonra söndürə bilib.

Herbiand.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, yanğının söpndürülməsinə 276 şəxsi heyət və 77 texnika cəlb edilib.

Terminalda 20 aprel gecəsi Ukrayna pilotsuz təyyarəsinin hücumundan sonra yanğın başlamışdı.Bu, aprel ayında baş verən ikinci yanğındır. Hücum nəticəsində bir nəfər həlak olub, bir nəfər yaralanıb.

16 aprel gecəsi baş verən ilk yanğın yalnız 20 apreldə söndürülmüşdü. Neft terminalı Tuapse neft emalı zavodu ilə vahid istehsal kompleksi təşkil edir.