Milyarderlər Yeni Zelandiya və Sakit okean bölgəsində bunkerlər hazırlayırlar.
Herbiand.az bildirir ki, bu barədə “Express” qəzeti məlumat verib.
Qeyd edilib ki, Yaxın Şərqdəki münaqişə səbəbindən bunkerlərə tələbat bir neçə dəfə artıb: “Qlobal gərginliyin artması fonunda milyarderlər Yeni Zelandiya və Sakit okean bölgəsindəki ən müasir yeraltı bunkerlər sayəsində hər hansı potensial nəticələrə hazırdırlar”.
Nəşrin məlumatına görə, bunkerlər “ultramodern” hala gəlib və varlı şəxslərin potensial apokalipsisə hazırlaşması üçün arzuolunan yerdir. Eyni zamanda, Yeni Zelandiya dünyanın ən təhlükəsiz ölkəsi hesab olunur.
Bəxtiyar CƏFƏRLİ