Macarıstanda Milli Assambleyanın inauqurasiya sessiyası zamanı parlament binasının fasadında 10 ildən artıq müddətdə ilk dəfə olaraq, Avropa Birliyinin bayrağı asılacaq.
Herbiand.az bildirir ki, bu barədə Macarıstanda parlament seçkilərində qalib gələn “Tisza” partiyasının lideri Peter Madyar Facebook-da məlumat verib.
AB bayrağı binanın fasadında sonuncu dəfə 2014-cü ildə olub. Beləliklə, Madyar sələfi Viktor Orbanın hökuməti dövründə qəbul edilmiş qərarı ləğv edir. 2012-ci ilin yanvar ayında AB bayrağı parlament binasından çıxarılıb. Səbəbi belə izah olunub ki, orada yalnız milli bayraq olmalıdır və AB bayrağının asılması məcburi deyil.
Bəxtiyar CƏFƏRLİ