Advertisment

Əraqçi Pakistan rəsmiləri ilə ABŞ-la atəşkəsi müzakirə edib

İran xarici işlər naziri Abbas Əraqçi Pakistan rəsmiləri ilə İran və ABŞ arasında atəşkəslə üzrə məsləhətləşmələr aparıb.

Herbiand.az - məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Abbas Əraqçi Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar və Pakistan ordusunun komandanı feldmarşal Asim Munirlə ayrı-ayrılıqda telefon danışıqları aparıb.

Tərəflər regional hadisələr və atəşkəs məsələləri ətrafında fikir mübadiləsi aparıb.