ABŞ-a köçmək istəyən xarici vətəndaşların sayı bütün müşahidə dövründə rekord həddə azalıb.
Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, Amerika sosioloji xidməti Gallup tərəfindən müxtəlif ölkələrin vətəndaşları arasında aparılan sorğunun nəticələri bunu deməyə əsas verir. Sorğunu dərc olunan nəticələrinə görə, respondentlərin 15%-i ABŞ-a köçmək istəyini ifadə edib, 2007-2009-cu illər arasında bu rəqəm 24%, 2017-ci ildə isə 18% olub.
ABŞ Latın Amerikası, Karib dənizi və Saharaaltı Afrikadan olan əksər respondentlər üçün ən cəlbedici immiqrasiya məkanı olaraq qalır.
Eyni zamanda, vətənlərini tərk etmək istəyən amerikalıların sayı xeyli artıb. Sorğuya görə, 45 yaşdan kiçik amerikalı qadınların 40%-i hazırda ABŞ-dan köçməyi düşünür. 2014-cü ildə bu qrupdan olan respondentlərin yalnız 10%-i belə bir istəyi ifadə edib.
Sorğu 140 ölkədə 144.000 şəxs arasında aparılıb.