Advertisment

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib - FOTO

Qondarma “erməni soyqırımı” ilə bağlı erməni diasporunun yürüşünə etiraz olaraq Türkiyə və Azərbaycan diaspor nümayəndələrinin iştirakı ilə Vaşinqton şəhərində Türkiyə səfirliyinin qarşısında dinc aksiya keçirilib.

Herbiand.az xəbər verir ki, aksiyada ABŞ-nin müxtəlif ştatlarından diaspor nümayəndələri iştirak ediblər.

Nümayişdə Türkiyə və Azərbaycan və digər türkdilli xalqların bayraqları ucaldılıb, ingilis dilində “İttiham deyil, barışıq”, “2014: Avropa İnsan Haqları Məhkəməsi erməni iddialarını rədd edir”, “Türk həyatları önəmlidir, erməni üsyanının 1,1 milyon qurbanını xatırla”, “1921 Malta tribunalı Osmanlı rəsmilərinə bəraət verdi”, “Müharibə cinayətlərinə dair heç bir sübut yoxdur”, “Yurdda sülh, cahanda sülh”, “Erməni terrorunun qurbanlarını xatırlayırıq”, “Tarix qərar versin”, “Qarabağ Azərbaycandır” kimi şüarlar səsləndirilib, türklərə və azərbaycanlılara qarşı terror aktları pislənilib. Qeyd olunub ki, türklər və azərbaycanlılar sülh istəyir və 1915-ci ildə baş verənlərə siyasətçilər deyil, tarixçilər qiymət verməlidir.

Yerli vaxtla axşam saatları nümayiş iştirakçıları şüarlarını Azərbaycanın və Türkiyənin ABŞ-dəki səfirliklərinin qarşısından yürüməklə Şeridan dairəsindən keçən və Ağ Evə doğru hərəkət edən erməni diasporuna qarşı səsləndiriblər. /AZƏRTAC/