Advertisment

“AB Ukraynadakı münaqişəyə getdikcə daha çox cəlb olunur” - Rusiyanın müdafiə naziri

Avropa Birliyi Kiyevə silah tədarük etməklə Ukraynadakı münaqişəyə daha çox cəlb olunur.

Herbiand.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov Bişkekdə ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) üzv dövlətlərinin müdafiə departamentləri rəhbərlərinin görüşündə bildirib.

"Avropa ölkələrindən Ukraynaya artan yardım fonunda ABŞ-ın Kiyev rejimini dəstəkləməkdə fəallığının azaldığını görürük. AB münaqişəyə getdikcə daha çox cəlb olunur, onu maliyyələşdirir və silah tədarük edir", - Belousov deyib.

O, həmçinin qeyd edib ki, Qərbin Kiyevə silah tədarükü üçün istehsal və logistika zəncirləri diqqətlə izlənilir və qəsdən ictimaiyyətə açıqlanır: "Xatırladım ki, 15 apreldə media Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynaya hücum PUA-ları və onların komponentlərini istehsal edən və göndərən Avropa şirkətlərinin siyahısını dərc edib. Bu cür hərəkətlər bütün Avropa qitəsində hərbi-siyasi vəziyyətin kəskin şəkildə gərginləşməsinə səbəb olur və gözlənilməz nəticələrə səbəb ola bilər".

Bəxtiyar CƏFƏRLİ