Advertisment

Moskvada yanğında 3 nəfər ölüb, 7 yaralı var

Moskvanın şimalında çoxmərtəbəli tikinti sahəsində yanğın baş verib.

 

Herbiand.az xəbər verir ki, yanğın nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanan binanın içərisində 200-ə qədər insan ola bilər.

 

Hazırda 21 nəfərin xilas edildiyi bildirilib.

 

Operativ xidmətlər yanğının yayıldığını bildirir.